Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

Cənubi Qafqazda sülhə nail olunmasının yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri “Nasionalnaya oboro­na” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib. O, təəssüflə bildirib ki, Ermənistan BMT qətnamələrini yerinə yetirməməklə yanaşı, onların reallaşdırılmasını əngəlləyir. Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması sülhün bərqərar edilməsinin yeganə yoludur.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişə nail olmaq üçün Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etmək təklifini irəli sü­rüb. “Bunun alternativi tammiqyaslı hərbi əməliyyatların başlanmasıdır”, - deyə İ.Korotçenko bildirib.

Siyasi Tədqiqatlar İnstitutunun direkto­ru Sergey Markovun Ermənistanı “Kazan formulu”nun müddəalarını yerinə yetirməyə çağırıb. Ekspert deyib ki, Paşinyan bunun üçün siyasi iradə nümayiş etdirməlidir, lakin o, ölkəsindəki radikalların onu ya öldürəcəklərindən, ya da devirəcəklərindən qorxur. “Paşinyan qorxu içində yaşadıqca, ya tammiqyaslı döyüş əməliyyatları başlaya, ya da blokada şəraitində olan Ermənistanda iqtisadi vəziyyət daha da pisləşə bilər. Dağlıq Qarabağ münaqişəsi istənilən halda həll olunmalıdır. Paşinyanın buna münaqişə zo­nasında vəziyyət pisləşənədək qol qoymağa siyasi iradəsinin çatıb-çatmayacağı məlum deyil”, - deyə S.Markov bildirib.

23 Sentyabr 2020 00:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə