Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətənini sevən hər bir vətəndaşımız ordumuzun təəssübünü çəkir”

“Son aylar erməni hərbi təxribatının artmasını diqqətlə müşahidə edirik. Ordumuzun Tovuzda erməni hərbi qüvvələrini geri oturtmasından sonra cəbhədə yenə hərəkətlilik müşahidə olunur. Əminəm ki, istənilən növbəti erməni hücumu ağır məğlubiyyətlə nəticələnəcək. Biz də vaxtilə yaralanmağımıza baxmayaraq, hər an döyüş qatılmağa hazırıq”. Bu fikirləri Silahlı Qüvvələrimizin veteranı, xüsusi təyinatlı hərbçi, gizir Natiq Mehdiyev bildirib.

O deyib ki, bu gün Azəırbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Hazırda ordumuz dünyanın ən güclü orduları sırasındadır. Bunun səbəblərindən biri də budur ki, ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü hərbi qüdrətə, inkişaf etmiş müdafiə arsenalına malikdir. Ordumuz quruda, suda və havada yüksək döyüş qabiliyyətinə malikdir və tapşırığı yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyulundakı hərbi əməliyyatlar Azərbaycan Ordu­sunun gücünü və qüdrətini tam şəkildə nümayiş etdirdi.

N. Mehdiyev erməni təxribatlarının fərqli xüsusiyyətləri barədə şəxsi müşahidələrini belə açıqlayıb: "Erməni qüvvələri yazılmış və yazılmamış bütün qaydaları pozmaqda mahirdirlər. Biz əməliyyatı yalnız hərbçilərə, silahlı bölmələrə qarşı keçirirdik. Ermənilər bizdən fərqli olaraq bizim hərbçilərlə döyüşməkdən qaçırdılar. Onlar qorxur­lar. Elə ona görə dinc əhalini, qoca­ları, qadınları, uşaqları hədəf alırlar. Ümumiyyətlə, bizim düşməndən əsas fərqimiz onların erməni olmasındadır. Biz cəsurluğumuzda, döyüşkənliyimizdə, vətənpərvərliyimizdə onlardan çox fərqliyik. Hazırlığımız, silah-sursat, texniki təminatımıza görə də narahat deyilik. Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq səlnaməsi yaratmışlar. Bu gün bü­tün Azərbaycan xalqı, Vətənini sevən hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir, ordu­muzun gücünə inanır, ona güvənir.

Anar TURAN, “Xalq qəzeti”

23 Sentyabr 2020 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə