Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan törətdiyi təxribatlara görə mütləq layiqli cavabını alacaq

“Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində hava­darlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Təcavüzkar siyasət aparan Ermənistan işğal altında olan ərazilərdə yaradılan separatçı rejimə hərtərəfli dəstək verməklə ya­naşı, mövcud status-kvonun saxlanılmasından ötrü min bir oyundan çıxır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində dalana dirənib. Təbii ki, Azərbaycan ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Dövlətimizin mövqeyi qətidir: mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalı­dır. Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirdi.

Deputat qeyd etdi ki, müasir beynəlxalq münasibətlər sistemində eti­barlı tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınan Azərbaycanın Dağlıq Qa­rabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin çox mühüm strateji istiqamətlərindən birini hücum diploma­tiyası təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağı­nın dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziya kanal­larına müsahibəsi zamanı Dağlıq Qara­bağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar verdi.

S.Fətəliyeva bildirib ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq üçün təxribatlara əl atır. Terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoq­rafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi isə beynəlxalq müharibə cinayətidir. Ermənistan bu davranışı ilə Dağ­lıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üstündən xətt çəkir: “ İşğalçı ölkə bilərəkdən danışıq­lar prosesini pozur və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suve­renliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda, təcavüzkar ölkə indiyə qədər öz təxribatçı əməllərindən geri çəkilmir.

Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənədin olduğunu xatırladan S. Fətəliyeva BMT Təhlükəsizlik Şurasının, Avropa Par­lamentinin, Avropa Şurasının, Qoşul­mama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamə və sənədlərin hər kəsə yaxşı məlum olduğunu dedi. Lakin Ermənistan bu sənədlərin heç birinə məhəl qoymur və öz qanunsuz əməllərini davam etdirir. Təəssüf ki, həmin beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qru­pu işğalçı ölkəyə heç bir təzyiq göstərmir . Ermənistan isə bu cəzasızlıqdan daha da həyasızlaşaraq növbəti cinayətlərə, qanunsuzluqlara və təxribatlara əl atır: “Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti təxribatlara və müharibəyə hazırla­şır. Dövlətimizin başçısı İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələni də qeyd edərək, Ermənistana layiqli cavab veriləcəyini bildirib. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək. Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdıl­mış evləri bərpa edəcəyik”.

Deputat bildirdi ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır: “Bu gün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, öz torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qa­nuni haqqıdır. Həmçinin, Azərbaycanın güclü ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunu həm 2016-cı ilin Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiqləyir. Azərbaycan heç zaman torpaqla­rının işğal altında qalmasına razı olmayacaq. Torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğaldan azad ediləcək və məcburi köçkün soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

23 Sentyabr 2020 00:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə