Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 2020-ci ildə təmir işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot-1. AMEA-nın Sumqayıt şəhərində Polimer Mate­rialları İnstitutunun binasında təmir işlərinin satınalınması (yarımçıq qalmış təmir işlərinin davamı).

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalma­larının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tende­rin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 1 500.00 (bir min beş yüz) ma­natdır.

İddiaçılar iştirak haqqını satınalan təşkilatın aşağıdakı hesabına köçürməlidirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

VÖEN- 1700007431

Bank- DXA

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944

SWIFT- CTREAZ22

H/h- AZ28CTRE00000000000004138316

Fond- 7, Büdcə təsnifatı kodu- 142330

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri elekt­ron formada təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ümumi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

İddiaçılar haqqında tələb olunan sənədlər aşağıdakılardır:

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (iddiaçının hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti, rekvizitləri;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçıların ixtisas göstəricilərinə aid məlumat;

- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə məlumatlar;

- iddiaçıların maşın və mexanizmləri, avadanlıqları və lazımi texniki imkanlarının olması barədə məlumatlar;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunma­ması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə məlumatlar;

- tenderdə iştirak üçün iddiaçılar tərəfindən elektron formada təqdim edilməli digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Elşad Sultanov.

Ünvan- Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binası.

Telefon- (012) 492 62 85.

E-mail: [email protected]

İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 15 oktyabr 2020-ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 22 oktyabr 2020-ci il saat 12.15-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portal vasitəsilə qəbul olun­mayacaqdır.

İddiaçıların tender təklifi zərfləri 26 oktyabr 2020-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portal vasitəsilə açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

Qeyd – bu tender elanı AMEA-nın dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) proqramı üzrə keçid obyektinə aiddir.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. İddiaçılar şərtlər toplusunu elektron formada 2020-ci il sentyabrın 23-dən portalda əldə edə bilərlər.

Tender komissiyası

23 Sentyabr 2020 00:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Oktyabr 2020 | 01:38
B İ L D İ R İ Ş
27 Oktyabr 2020 | 01:37
B İ L D İ R İ Ş
25 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş
24 Oktyabr 2020 | 00:27
B İ L D İ R İ Ş
24 Oktyabr 2020 | 00:26
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə