Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mənim ölkəm – Azərbaycan”

Türkiyənin tarixi Kapadokiya bölgəsində keçirilən Beynəlxalq Turizim Filmləri Festivalın­da Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fuad Quliyevin “Mənim ölkəm-- Azərbaycan” filmi ölkə nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.

Bakı Media Mərkəzindən verilən məlumata görə, ta­nıtım filmində Azərbaycanın tarixi, təbiəti, turizm imkan­ları, mədəniyyəti və mətbəxi tərənnüm olunur. Hər bir turist bu filmdə özü üçün doğma çalarlar da tapa bilər. Məqsəd hər kəsə onun Vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir.

Qeyd edək ki, Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin filmləri davamlı olaraq müxtəlif beynəlxalq festivallarda geniş audito­riyaya təqdim olunub və həmin festivalların təcrübəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Qu­liyevin çəkdiyi "Azərbaycan ruhu" filmi də Beynəlxalq Turizm Filmləri Festivalının xüsusi mükafatına layiq gö­rülmüşdü. Həmin qısametrajlı reklam filmində Azərbaycan mədəniyyəti, incəsənəti və arxitekturası yüksək zövqlə tərənnüm edilir.

Beynəlxalq Turizim Filmləri Festivalında qalib gələn "Mənim ölkəm-- Azərbaycan” filmini Bakı Media Mərkəzinin rəsmi səhifəsində izləyə bilərsiniz: https://www.youtube.com/ watch?v=bgvtrGtHJ1s

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalı bu il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Festivalda 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edib. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalda film nümayişləri Nevşehir qala­sında açıq havada baş tutub.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

23 Sentyabr 2020 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə