Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və İran arasında birgə sənaye parkı yaradılması bölgənin inkişafına müsbət təsir göstərəcək

İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgədə sənayenin inkişafına səbəb olacaq.

M.Əhli qeyd edib ki, Azərbaycan və İran arasında birgə sənaye parkı iki ölkə sərhədinin sıfır nöqtəsində və Parsabad rayo­nunun Təzəkənd məntəqəsində yaradılacaq. Birgə sənaye parkının yaradılması Azərbaycan və İranın münasibətlərinin inkişafında yeni səhifə açacaq: “Ərdəbil vilayətinin sərhəd mövqeyindən istifadə olunması qonşu ölkələrə məhsul ixracının artmasında önəmli rola sahib ola bilər. İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatının icra direktoru Möhsün Salehiniyanın bölgəyə səfəri çərçivəsində yaradılacaq parkın yeri müəyyənləşib. İlk mərhələdə 100 hektar ərazidə sərhəd parkının yaradılması mümkündür".

Şirkət rəsmisi bildirib ki, İranın Parsabad rayonunun quber­natoru ərazinin planını İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatına göndərəcək. Plan təşkilatda və İranın Nazirlər Kabinetində təsdiqləndikdən sonra icra oluna bilər.

Əhli əlavə edib ki, sərhəd parkının yaradılması sərhəd ərazilərdə inkişafa və məşğulluğun artması ilə nəticələnəcək. Birgə sərhəd parkının yaradılması ilə Ərdəbil vilayətində yerli və xarici investorların iştirakına şərait yaranacaq.

23 Sentyabr 2020 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə