Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya və Hindistan Təhlükəsizlik Şurasını genişləndirməyə çağırdılar

Birləşmiş Millətlər Təşkilatının gələcəkdə inkişaf etməsi və müasir çağırışlara cavab verməsi üçün Almaniya öz üzərinə məsuliyyət götürməyə və Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibində iştirak etməyə hazırdır. Bu bəyanatı Almaniya Kansleri Angela Merkel BMT-nin 75-ci ildönümü ilə bağlı TŞ-nin iclasında çıxışı zamanı səsləndirib. Məlumatı TASS verib.

Kansler hazırda dünyada geniş yayılmış koronavirus pandemiyasını nümunə göstərərək deyib: “Qlobal problemlər milli sərhədlərə baxmayaraq, razılaşmalar və əməkdaşlıq tələb edir”.

Onun sözlərinə görə, TŞ vacib qərarlar qəbul etmək lazım gələndə “çox tez-tez blokadaya düşür. Bizə isla­hatlar lazımdır. BMT inkişaf etməli, XXI əsrin çağırışları­na cavab verməlidir. Alma­niya genişləndirilmiş TŞ-də, əvvəllərdə olduğu kimi, yenə də böyük məmnuniyyətlə öz üzərinə məsuliyyət götürməyə hazırdır”.

BMT-də islahatların vacibliyi haqqında TŞ-nin iclasında Hindistanın Baş naziri Narendra Modi də çıxış edib. Onun fikrincə, bunsuz müasir çağırışlara cavab vermək mümkün deyil: “Biz köhnəlmiş strukturlarla bu günün çağırışlarına qarşı mübarizə apara bilmərik. Bu gün qarşılıqlı şəkildə bir-birinə bağlı olan dün­ya ölkələri üçün yenidən qurulmuş çoxtərəfli yanaşma lazımdır ki, hazırkı reallıqları əks etdirsin, bütün maraqlı tərəflərə səs imkanı versin, mövcud problemləri həll etsin və diqqəti insanların rifahı üzərində cəmləşdirsin”.

Modi qeyd edib ki, BMT üzvü olan ölkələr münaqişələrin qarşısını almalı, ümumi inkişafı təmin etməli, iqlim dəyişmələri probleminin həll yolunu tapmalı, qeyri-bərabərliyə son qoymalı, rəqəmsal texnologiyalardan effektiv istifadə etməlidir. BMT-nin özündə islahatların vacibliyi də etiraf edilir: “Hindistan bu istiqamətdə əməkdaşlığa hazırdır”.

Xatırladaq ki, dövlət baş­çıları pandemiya ilə əlaqədar videoformatda çıxış edirlər. İclasda yalnız dövlətlərin da­imi nümayəndələrinin iştirakı təmin olunub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

23 Sentyabr 2020 00:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:38
Tedros Qebreyesusun bəyanatı
25 Oktyabr 2020 | 00:37
Yeni qızıl yatağı aşkarlanıb
25 Oktyabr 2020 | 00:37
“5G” ilə bağlı qərar
25 Oktyabr 2020 | 00:36
Unikal tibbi maska

Köhnə versiyamızdan xəbərləri izlə