Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Ali Radasının deputatı: Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin məskunlaşdırılması siyasəti yürüdür. Bu barədə kütləvi informasiya vasitələrindən xəbər tutanda şoka düşdüm. Hesab edirəm ki, bu məskunlaşdırma qeyri-qanunidir və onun heç bir hüquqi qüvvəsi yoxdur.

Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib. Deputat qeyd edib ki, görünür, Ermənistanın hakimiyyət orqanları öz öhdəliklərini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasında təsbit olunmuş müddəaları unudublar və onları kobud şəkildə pozurlar.

L.Marçenko daha sonra deyib: “Çox təəssüflənirəm ki, bu müharibədə günahsız insanlar yenidən əziyyət çəkirlər, özü də hər iki tərəfdən Bu insanları sadəcə provokasiyaya cəlb edirlər”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

22 Sentyabr 2020 12:09 -

Köhnə versiyamızdan xəbərləri izlə