Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Metroda “maska” tələbini pozanlar cəzalandırılıblar

Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə mediaya verilən xəbərdə bildirilıir  ki, Nizami Rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Nəriman Mehdiyevin icraatındadır.

İyunun 4-də baş verən insidentlə bağlı irəli sürülən ittihama görə, Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. Həmin şəxslər polislərə müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

R.TAHİR,
“Xalq qəzeti”

22 Sentyabr 2020 10:52 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Oktyabr 2020 | 14:12
Tarixi Qələbə cox yaxındadır

Köhnə versiyamızdan xəbərləri izlə