Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suaresin "Atletiko" ilə müqaviləsinin müddəti və məvacibi müəyyənləşdi

İspaniya "Barselona"sını ölkənin digər komandası "Atletiko"ya dəyişməyə hazırlaşan Luis Suares Madrid klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

"Report" "Marca"ya istinadən xəbər verir ki, uruqvaylı futbolçu paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. 33 yaşlı forvardın yeni komandasında illik məvacibi isə 9 milyon avro olacaq.

Transferlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Suaresin keçidi gerçəkləşsə, "Atletiko" digər hücumçusu Alvaro Morata ilə yollarını ayıracaq. İspaniyalı forvardla İtaliya "Yuventus"u yaxından maraqlanır.

Qeyd edək ki, 2014-cü ildən "Barselona"da çıxış edən L.Suares ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla 2021-ci ilin yayınadək müqaviləsi var.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

22 Sentyabr 2020 09:40 - İDMAN
İDMAN
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb
9 Oktyabr 2020 | 01:05
Dünya rekordu yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə