Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademiyanın adı Ronaldoya görə dəyişdirildi

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun şərəfinə "Sportinq"in akademiyasının adı dəyişdirilib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun adı Lissabon təmsilçisinin akademiyasına verilib.

"Oğul doğma evi təcəssüm etdirir. İndi "Sportinq"in akademiyası bütün zamanlarda Portuqaliya futbolunun ən yaxşısı, 5 dəfə "Qızıl top" mükafatına layiq görülmüş dünyanın ən güclü futbolçusunun adını daşıyacaq. Akademiya klubun ən böyük məzununun adını əbədiləşdirəcək və bu, bütün gənc istedadlar üçün ilham olacaq" - deyə klubun yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Ronaldo "Sportinq"ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada Milanda "İnter"ə qarşı matçda debüt edib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

22 Sentyabr 2020 09:32 - İDMAN
İDMAN
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb
9 Oktyabr 2020 | 01:05
Dünya rekordu yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə