Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Əhmədiyyə Cəbrayılov – 100” adlı Elektron məlumat bazası təqdim olundu

Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı Elektron məlumat bazası hazırlanıb.

Əhmədiyyə Cəbrayılov faşizm üzərində qələbənin çalınmasında böyük xidmətlər göstərmiş, bir çox medallarla təltif olunmuşdur.

Elektron məlumat bazası rəsmi sənəd, Əfsanələşən partizan ömrü, mükafatları, haqqında nəşrlər, xatirəsinin əbədiləşdirilməsi, fotoqalereya və videoqalereya bölmələrindən ibarətdir. Elektron məlumat  bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/E.Cebrayilov100/index.html linkindən istifadə edə bilərlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Sentyabr 2020 09:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə