Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və İran arasında birgə sənaye parkı yaradılması bölgənin inkişafına səbəb olacaq

İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgədə sənayenin inkişafına səbəb olacaq.

M.Əhli qeyd edib ki, Azərbaycan və İran arasında birgə sənaye parkı iki ölkə sərhədinin sıfır nöqtəsində və Parsabad rayonunun Təzəkənd məntəqəsində yaradılacaq. Birgə sənaye parkının yaradılması Azərbaycan və İranın münasibətlərinin inkişafında yeni səhifə açacaq: “Ərdəbil vilayətinin sərhəd mövqeyindən istifadə olunması qonşu ölkələrə məhsul ixracının artmasında önəmli rola sahib ola bilər. İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatının icra direktoru Möhsün Salehiniyanın bölgəyə səfəri çərçivəsində yaradılacaq parkın yeri müəyyənləşib. İlk mərhələdə 100 hektar ərazidə sərhəd parkının yaradılması mümkündür".

Şirkət rəsmisi bildirib ki, İranın Parsabad rayonunun qubernatoru ərazinin planını İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatına göndərəcək. Plan təşkilatda və İranın Nazirlər Kabinetində təsdiqləndikdən sonra icra oluna bilər.

22 Sentyabr 2020 09:17 -

Köhnə versiyamızdan xəbərləri izlə