Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır

Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan əsgərinin şəhid edilməsi ilə bağlı açıqlamada ifadə edilib.

Nazirlikdən verilən açıqlamada deyilib: “Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

22 Sentyabr 2020 09:08 -

Köhnə versiyamızdan xəbərləri izlə