Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Braziliya universitetində “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” mövzusunda mühazirə oxunub

Azərbaycanın Braziliyadakı Səfirliyin dəstəyi ilə ali təhsil ocağı olan UNİNTER Beynəlxalq Universitet Mərkəzinin, İctimai idarəetmə, siyasət, hüquq və təhlükəsizlik kollecinin, beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr tələbələr üçün braziliyalı professor Joao Xavier və səfir Elxan Poluxov tərəfindən “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” mövzusunda mühazirə oxunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, mühazirə çərçivəsində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun nəticələri, münaqişənin həlli üçün beynəlxalq hüquq bazasını əsasları və aparılan danışıqların formatı, məsələyə aid BMT və digər təşkilatların qəbul etdiyi qərar və qətnamələr, Xocalı soyqırımı, son zamanlar Ermənistan rəhbərliyinin artan aqressiv ritorikası, işğal olunmuş ərazilərdə aparılan qeyriqanuni məskunlaşmalar və digər məsələlərə aid iştirakçılara geniş məlumat verilib.

Səfir E.Poluxov bu ilin iyul ayının 12-də Tovuz regionda baş vermiş döyüşlər, bir sıra ölkə və beynəlxalq təşkilatların o cümlədən Braziliya Konqresi və Senatının üzvlərinin Azərbaycanın haqlı mövqeyinə verdikləri dəstək, ölkə rəhbərliyinin münaqişənin tez bir zamanda həlli üçün qoyduğu tələb və qəti mövqeyi haqqında danışıb.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb. Qeyd edək ki, Joao Xaviyer Braziliyada ilk Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşan mütəxəssisdir və sonuncu dəfə 2019-cu ildə XİN Beynəlxalq Yardım Agentliyi (AİDA) vasitəsi ilə Bakıda bir neçə ay ərzində tədqiqatlar aparıb.

22 Sentyabr 2020 09:05 -

Köhnə versiyamızdan xəbərləri izlə