Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

Bir sıra ölkələrin apa­rıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Te­leviziyaya və Real Televizi­yasına müsahibəsini geniş işıqlandırıb. Xarici KİV-lər diqqəti, ilk növbədə, dövlətimizin başçısının Ermənistan rəhbərliyinin mənfur siyasəti, törətdiyi təxribatlara dair bəyanatlarına cəlb edib.

Türkiyənin Anadolu Agentliyi, “Hürriyet”, “Milli­yet”, “Sabah”, “Takvim” və digər populyar qəzetləri, TRT HABER, TGRT, HA­BER TÜRK, A HABER, NTV televiziya kanalları, Rusiya­nın TASS, İnterfaks və “RİA Novosti” federal informasi­ya agentlikləri, “Lenta.ru” “News.ru”, “Vesti Kavkaza”, “Pravda.ru” saytları, “Mos­kovski komsomolets” və “Kommersant” qəzetləri, “REN TV”, “TVC”, “360 tv” telekanalları, Avropa İttifa­qının “EU Politics” informa­siya-analitik nəşri, Misirin “Asyaelyoum” agentliyi və “Aldiplomasy” nəşri, Ru­mıniyanın “News24hours”, Ukraynanın “РБК-Украiна”, Qırğızıstanın “Goldenbridge­news” portalları, Gürcüstanın “Interpressnews”, “Dalgatv”, “24news”, “News” saytları Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı materi­allar yayıb, sitatlar gətirib.

Yayılan materiallarda Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğal etdiyi ərazilərdə qanun­suz məskunlaşdırma həyata keçirməsi, cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə fikirləri yer alıb.

Türkiyə KİV-ləri, həmçinin dövlətimizin başçısının müsahibəsində Azərbaycan– Türkiyə münasibətləri ilə bağlı fikirlərini də diqqətə çatdırıblar.

AZƏRTAC

22 Sentyabr 2020 02:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə