Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 346 Bakı şəhəri, 21 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisas­larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezi­dentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqın­da” 2013-cü il 8 iyul tarixli 939 nömrəli, “Bakı Xoreoqrafiya Akademi-yasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli, “Azərbaycan Turizm və Menecment Univer­sitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 dekabr tarixli 710 nömrəli, “Azərbaycan Respublikası Daxi­li İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqın­da” 2016-cı il 4 avqust tarixli 1007 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart ta­rixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 249; 2009, № 6, maddə 491) ilə təsdiq edil­miş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi­nin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bəndin üçüncü abzası ləğv edilsin.

2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisasla­rının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanın­ması sahəsində göstərilən xidmətlərə görə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

22 Sentyabr 2020 02:29 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə