Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 345 Bakı şəhəri, 21 sentyabr 2020-ci il

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi­nin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 15-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2004, № 9, maddə 740; 2006, № 7, maddə 640, № 9, maddə 815; 2011, № 1, maddə 61; 2012, № 5, maddə 468; 2014, № 9, maddə 1129; 2015, № 12, maddə 1589; 2018, № 7 (II kitab), maddə 1643; 2019, № 6, maddə 1154) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kolle­giyası aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Xarici İşlər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri

“ADA” Universitetinin rektoru

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçı­van Muxtar Respublikasındakı İdarəsinin rəisi”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

22 Sentyabr 2020 02:29 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə