Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:134) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 134
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanununun tətbiqi və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Məşğulluq haqqında” Azərbaycan Res­publikası Qanununun 4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.7-ci (hər iki hal­da), 20.2-ci maddələrində və 24.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.4.1.2-ci (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda), 20.2-ci maddələrində və 24.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4.4.3-cü (üçüncü halda) və 4.4.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 4.7-ci maddəsində (bi­rinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur.

2. “Məşğulluq haqqında” Azərbaycan Res­publikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683; 2019, № 7, maddə 1217; 2020, № 5, maddə 561) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “4.4.1-ci, 4.4.2-ci (hər iki halda), 4.4.3-cü, 4.4.4-cü (hər iki halda), 4.4.5– 4.4.9-cu, 4.4.10-cu (hər iki halda), 4.5-ci, 4.6-cı” sözləri “4.4.1.1-ci, 4.4.1.2-ci (hər üç halda), 4.4.2-ci (hər iki halda), 4.4.3-cü (hər üç halda), 4.4.4-cü (hər iki halda), 4.4.8-ci, 4.4.10-cu” sözləri ilə, “24.1–24.4-cü” sözləri “24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilsin və həmin bənddən “25.2-ci” sözlərindən sonra “(hər iki halda)” sözləri çıxarılsın;

2.2. 2.2-ci bənddə “4.4.2-ci” sözləri “4.4.1.2-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “25.2-ci (ikinci halda),” sözləri çıxarıl­sın;

2.3. 2.5-ci bənddə “4.4.1-ci, 4.4.2-ci (ikinci halda), 4.4.4-cü (ikinci halda),

4.4.5–4.4.7-ci, 4.4.10-cu (ikinci halda), 4.6-cı, 4.7-ci (birinci halda)” sözləri “4.4.1.1-ci, 4.4.1.2-ci (üçüncü halda), 4.4.2-ci (ikinci halda), 4.4.3-cü (ikinci halda), 4.7-ci (ikinci halda)” sözləri ilə, “24.1–24.4-cü” sözləri “24.1-ci, 24.2-ci (hər iki halda), 24.3-cü, 24.4-cü” sözləri ilə əvəz edilsin;

2.4. 2.6-cı bənddə “Vergilər” sözü “İqtisadiy­yat” sözü ilə əvəz edilsin;

2.5. 2.7-ci və 2.8-ci bəndlər aşağıdakı redaksi­yada verilsin:

“2.7. həmin Qanunun 4.4.1.2-ci (ikinci halda), 4.4.2-ci (birinci halda), 4.4.3-cü (birinci halda), 4.4.4-cü (birinci halda) və 24.6-cı (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli­yi nəzərdə tutulur;

2.8. həmin Qanunun 4.4.3-cü (üçüncü halda) və 4.4.4-cü (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;”;

2.6. 2.9-cu bəndə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” sözləri əlavə edilsin;

2.7. 2.10-cu bənddə “4.4.9-cu və 4.4.10 (bi­rinci halda)” sözləri “4.4.10-cu və 4.7-ci (birinci halda)” sözləri ilə əvəz edilsin;

2.8. 2.11-ci və 2.18-ci bəndlər ləğv edilsin;

2.9. 2.17-ci bənddən “(birinci halda)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabi­neti “Məşğulluq haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 7 avqust tarixli 162-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2020-ci il

22 Sentyabr 2020 02:27 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə