Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq əməkdaşları qanvermə aksiyasında fəal iştirak edirlər

Ölkəmizdə talassemiya və hemofi­liyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immunite­ti zəif və qanı normadan aşağı olan insanların yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosi­al məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq işçiləri qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə sentyabrın 21-də Baş Prokurorluqda və Hərbi Pro­kurorluqda keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər.

Milli Hematologiya və Transfu­ziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə xüsusi karantin rejimi qaydalarına riayət olunaraq reallaşdırılan aksiyada könüllü proku­rorluq əməkdaşları qana ehtiyacı olan vətəndaşlarımızın köməyinə çatmaq üçün həvəslə iştirak ediblər.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən oluna­raq hərtərəfli tibbi müayinədən sonra onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib və səhhətində problemi olmayan donorlar­dan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Götürülən qan nümunələri labo­ratoriyada müayinə edildikdən son­ra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.

Növbəti gün Baş Prokuror ya­nında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Bakı Şəhər Prokurorluğu və tabe rayon prokurorluqlarında da keçirilməsi planlaşdırılan bu xeyriyyə aksiyasının əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək olmaq­dır.

22 Sentyabr 2020 01:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə