Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasından 81 nəfər sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiya­sından daha 81 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 280 nəfərin korona­virus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib. Aktiv xəstə sayı 1868 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 57 min 803 test aparılıb. Bugünkü test sayı isə 3011-dir.

“Xalq qəzeti”

22 Sentyabr 2020 01:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə