Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Xarici İşlər nazirinin moldovalı həmkarı ilə telefon danışığı olub

Sentyabrın 21-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı olub.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Moldova tərəfinin təşəbbüsü əsasında keçirilən telefon danışığı zamanı nazir Oleq Tulea Ceyhun Bayra­movu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və həmkarına xoş arzu­larını çatdırıb.

Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən, siyasi, iq­tisadi, ticarət və digər sahələrdə münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıb­lar. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin tezliklə videogörüş formatında keçirilməsinə dair razılıq ifadə edilib. Azərbaycan və Moldova arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inki­şafı və mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Oleq Tulea COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan tərəfinin Mol­dovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tərəflər qlobal sağlamlıq böhranı ilə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlətin sərhədində Ermənistan silahlı qüvvələrinin aç­dığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu­nun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğula­yıb.

Nazirlər telefon danışığı zamanı, habelə qarşılıqlı ma­raq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb­lar.

 

22 Sentyabr 2020 01:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə