Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın siyasi təxribatları danışıqlar prosesinə ciddi problem yaradıb

“Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması həmişə dövlət siyasətimizin prioritetini təşkil edib. Həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Preziden ­timiz İlham Əliyev bu istiqamətdə bütün imkanlar ­dan istifadə ediblər. Lakin işğalçı ölkənin müxtəlif vasitələrlə danışıqlar prosesindən yayınması, qonşu dövlətlərin əraziləri hesabına “böyük Ermənistan” ya ­ratmaq iddiası münaqişənin nizamlanmasında həmişə problem yaradıb. Ermənistan tərəfi mövcud status-kvonun saxlanılması üçün bütün qeyri- sivil yollara əl atır, sərhədboyu ərazilərdə təxribatlar törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur və beynəlxalq hüquq normalaına a çıq şəkildə hörmətsizlik edir. Təəəssüf ki, dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur ”.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbra­himqızı bu fikirləri Prezident İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli televiziya kanallarına verdiyi müsahibəyə münasibət bildirərkən səsləndirdi.

M. İbrahimqızı Ermənistanın iş­ğalçı siyasətinin ifşa olunması, dünya ictimaiyyətinin daha qətiyyətli addım­lar atmasını təmin etmək məqsədilə Azərbaycanın beynəlxalq tribunalardan kifayət qədər məharətlə istifadə etdiy­ni diqqətə çatdırdı. Bildirdi ki, məhz bunun nəticəsidir ki, indi Ermənistanın işğal siyasətini pisləyən ölkələrin, təşkilatların sayı artmaqda, bu xüsusda yeni-yeni sənədlər qəbul edilməkdədir. Elə Ermənistanda ciddi narahatlıq predmetinə çevrilən məqamlardan biri də Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi bu diplomatik uğurlardır.

Ermənistan tərəfinin beynəlxalq aləmdə bir küncə sıxışdırıldığını ört-basdır etmək üçün müxtəlif təxribatlar törətdiyni, danışıqlar prosesinə qəsdən mane olmaq üçün beynəlxalq hüquqa zidd, ağlasığmaz təkilflər irəli sürdüyü­nü bildirən M.İbrahimqızı bu faktların dövlətimizin başçısının müsahibəsində də öz əksini tapdığını vurğuladı: “ Möhtərəm Prezidentimiz Ermənistanın baş naziri­nin siyasi təxribat xarakterli təklifləri barədə məlumat verərkən, onun keçən il səsləndirdiyi cəfəng fikirləri xatırlatdı və bunun danışıqlar prosesinə ciddi zərbə vurduğnu dedi. Nikol Paşinyan “Qara­bağ Ermənistandır” – deməklə o yalanı bütün dünyaya yaymaq istəyirdi. Qarabağ Ermənistan deyil – bütün dünya bu cəfəng fikri rədd edib. “Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalı­dır” – deməsi sərsəmlikdir.

Dövlətimizin başçısı bunun da formatı dəyişdirmək cəhdi olduğunu bildirdi və qəti şəkildə dedi ki, biz buna heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupu­nun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər. Düzdür, onlar diplomatdırlar və çalışırlar ki, diplomatik leksikonu dilə gətirsinlər, ancaq hesab edirəm, Ermənistan tərəfinə artıq deyildi ki, bu kimi açıqlamalar ziyanlıdır və onla­rın özləri üçün də problemlər yaradır.

Müsahibədə qeyd edildiyi kimi, fak­tiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox. Möhtərəm Prezidentimiz bir daha bəyan etdi ki, danışıqlar prose­sinin dayandırılmasını pandemiya ilə əlaqələndirmək düzgün deyil. Təbii ki, pandemiyanın da danışıqlar prosesinə təsiri olub. Amma pandemiyasız da danışıqlar getmirdi. Bunun əsas səbəbi Ermənistanın baş nazirnin siyasi cəhətdən qüsurlu və zi­yanlı bəyanatlarıdır: “Bütün bunlar dünya birliynin gözü qarşısında baş versə də, ikili standartlar Ermənistanın beynəlxalq hü­quq normalarına hörmətsizliyinin qarşısını almağa imkan vermir”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

22 Sentyabr 2020 01:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə