Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavo­dunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan– Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasın­da qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev deyib.

İcma rəhbəri bildirib ki, Ermənistan– Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olma­larıdır: “Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavablar var. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki hakimiyyətlərin Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni ya­naşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox, həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunun əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı, bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacaqdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir”.

Tural Gəncəliyev qeyd edib ki, bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparılmır: “Rəsmi Bakı bəyan edib ki, Azərbaycan imi­tasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Onla­rın cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”.

İcma rəhbəri Azərbaycanın işğal olun­muş ərazilərində islam mədəni irsimizə qarşı təhqiramız münasibəti fonunda bəzi İslam ölkələrinin rəsmi Yerevana sərgilədiyi isti münasibətə də toxunub: “Biz Şu­şada, Ağdamda və digər ərazilərimizdə məscidlərimizlə bağlı arzuolunmaz halların şahidi olmuşuq. Şuşanın 17 məhəlləsində 17 məscid olub. Bu gün Yuxarı Gövhər Ağa məscidindən başqa, bütün məscidlər dağı­dılıb. Yuxarı Gövhər Ağa məscidi də fars mədəniyyət mərkəzi kimi təqdim olunur. İşğal altında olan digər ərazilərimizdə olan məscidlərimiz də yerlə bir edilib. Bütün bunların fonunda İslam ölkələrinin Yere­vana isti münasibəti suallar doğurur. Əgər bu ölkələr İslam dəyərlərinə sadiqdilərsə və İslam dəyərlərinin qorunmasında səmimidirlərsə, onda Qarabağda mövcud olmuş onlarca məscidin dağıdılmasına niyə səssiz qalırlar?”.

22 Sentyabr 2020 01:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə