Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pompeo: ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır

ABŞ-ın Dövlət katibi Mayk Pompeo bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə predmet danışıqların ATƏT Minsk qrupu həmsədrlərinin himayəsi altında tez bir zamanda bərpasına çağırır.

Pompeo deyib: “Biz, əvvəlki kimi Dağ­lıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə kömək göstərməyə sadiqik və tərəfləri qətiyyətlə Minsk qrupu həmsədrlərinin himayəsi altında predmet danışıqlarını tez bir zamanda bərpa etməyə çağırırıq”.

Qeyd edək ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başlayıb. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində– Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olun­mayıb.

22 Sentyabr 2020 01:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə