Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: Qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribata dair açıqlama yayıb.

Açıqlamada Ermənistan silahlı qüvvələrinin sentyabrın 21-də Ermənistan–Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayo­nu istiqamətində növbəti təxribata əl atdığı bil­dirilir. Qeyd edilir ki, düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Açıqlamada deyilir ki, Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardın­ca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir.

Düşmən qüvvələrinin Ermənistan–Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenli­yi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!

22 Sentyabr 2020 01:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə