Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AZƏRXALÇA” ASC 5 ədəd avto yükləyicinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalında tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-ilk növbədə keyfiyyət və aşağı qiymət .

-texniki imkanlara malik olmaları.

Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu dövlət satınal­malarının vahid internet portalından əldə edə bilərlər.

İştirak haqqı 250 manatdır. Ödənişi ASAN ödəniş vasitəsi ilə etmək lazımdır.

Təşkilatın bank rekvizitləri:

• “AZƏRXALÇA” ASC

• H/h- AZ58HAJCH­CRAZN10000077050001

• VÖEN- 1503323631

• Bankın adı-“XALQ Bank” ASC-nin baş filialı

• Kod-501026

• VÖEN- 2000296061

• M/h- AZ­24NABZ01350100000000067944

• S.W.I.F.T BIK-HAJCAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü­vafiq vergi orqanından arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Res­publikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında ver­gi orqanları tərəfindən təsdiq olun­muş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi sta­tusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-müəyyən etdilmiş digər sənədlər.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 oktyabr 2020-ci il saat 14.00-a, ten­der təklifi və bank təminatını isə 20 oktyabr 2020-ci il saat 13.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Tender təklifi zərfləri 21 oktyabr 2020-ci il saat 14.00-da elektron portal vasitəsilə açılacaqdır

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

22 Sentyabr 2020 01:31 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Oktyabr 2020 | 00:40
B İ L D İ R İ Ş
20 Oktyabr 2020 | 00:40
B İ L D İ R İ Ş
20 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə