Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının nəzərinə!

6 noyabr 2020-ci il saat 16.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1) Teymur Əhmədov adı­na “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin 2019-cu il üçün illik maliyyə hesabatları barədə.

2) Teymur Əhmədov adına “AzNar” QSC-nin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.

3) Teymur Əhmədov adı­na “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı barədə.

4) Teymur Əhmədov adı­na “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin direktorlar şurası barədə.

5) Teymur Əhmədov adı­na “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin icra orqanı barədə.

6) Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin yeni redaksiyada nizamnaməsi barədə.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın ça­ğırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında ta­nış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiqləyən etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu-(+9942027) 4-05-17;

Ünvan- AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.

22 Sentyabr 2020 01:27 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:09
BİLDİRİŞ
22 Oktyabr 2020 | 03:07
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə