Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyanın siyasi təxribatları regionda münaqişəni daha da alovlandırır

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi respublikamızın xarici siyasətinin prioritetini təşkil edir. Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanklardan istifadə etməsinə baxmayaraq, Ermənistan rəhbərliyi müxtəlif vasitələrlə danışıqlar prosesindən yayınaraq regionda vəziyyəti daha da gərginləşdirib. Son illər sərhədboyu ərazilərdə gərginlik daha da artıb. Atəşkəs mütəmadi olıaraq pozulur, Ermənistan ordusu tərəfindən müxtəlif təxribatlara cəhd edilir, bununla da hərbçilərimiz və mülki əhali qətlə yetirilir, həmin ərazilərdəki kəndlərə ciddi ziyan vurulur.  Bu istiqamətdə  aparılan danışıqlar  prossenin baş tutmamasının  əsas günahkarı işğalçı Ermənistanr.  Təcavüzkar ölkənin qeyri-konsrtuktiv mövqeyi, işğalçı siyasətdən əl çəkməməsi artıq Azərbaycan tərəfinin  səbr kasasını daşdırmaq üzrədir.

Erənistanın baş naziri Nikol Paşinyan ölkəyə rəhbərlik etməyə başladığı ilk   gündən onun  antisülh fəaliyyəti  münaqişənin dinc yolla,  danışıqlar vasitəsilə nizamlanmasını tamamailə yaddaşlardan silib.  Faşizm ideologiyasının tərəfdarı olan  Paşinyan  bundan ötrü  əsası olmayan müxtəlif  bəhanələr də gətirirdi.

Artlq yeli əhali və beynəlxalq ictimaiyyət də bu qənaətdədir ki, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. İşğalçı ölkənin rəhbərinin özünü qeyri- ciddi aparması, ölkədaxili problemləri unudaraq tez-tez Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi onun müharibə tərfdarı olmasından xəbər verir. İşğal altındakı ərazilərimizdə siyasi təxribat xatakterli bəyanatları münaqişənin daha da aalovlandırılmasına  rəvac verir.

Prezidenti İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli televiziya kanallarına verdiyi müsahibdə bu barədə ətraflı məlumat veridi.  Jurnalistin  Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti ilə əlaqədar sualını cavablandıran dövlətimizin başçısı danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirdi. Dövlət başçısının   “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər”  -- deməsi iqtidar –xalq vəhdərinin göstəricisidir.

Danışıqların  faktiki olaraq getmədiyni diqqətə çatdıran  dövlətimizin başçısı  imitasiya naminə danışıqlarda iştirak etməyəcəyimizi bildirdi. Qeyd etdi ki, biz danışıqlardan imtina etmirik, ancaq biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik:  “Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər”.

Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər özləri artıq  məsələ qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, ölkənin bugünkü rəhbərliyi  dövləti uçuruma aparır.  Dövlət başçısının  vurğuladığı kimi, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Dövlət çevrilişinin baş verməsi labüd idi. Çünki Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim işğalçı ölkəni tamamilə bərbad vəziyyətə salmışdı. Dövlət başçısı  müsahibədə qeyd etdi ki, yeni hakimiyyət  ölkəyə rəhbərlik edəndən sonra  çox ümidverici bəyanatlar verməyə başlamışdır. Onun verdiyi vədlədənr belə çıxırdı ki, guya, münaqişəni  həll etmək istəyir. Hətta  Paşinyan  əvvəlki hakimiyyəti tənqid edir,  qeyri-rəsmi kanallarla  bizə müsbət siqnallar göndərirdi, vaxt istəyirdi.

Möhtərəm Prezidentimiz  bildirdi ki, biz də ümidlərlə yaşayırdıq ki, yeni hakimiyyət bütün başqa sahələrdə də, eyni zamnda, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəninin nizamlanmasında da yenilik gətirəcək və o, əvvəlki yalnış siyasətə düzəliş edəcək. Xüsusilə, ölkə başçımızın   Ermənistanın baş naziri ilə Düşənbədəki görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O zaman  dövlətimizin başçısından  xahiş olundu ki, onlara vaxt verilsin. Ancaq  sonra baş verən hadisələr bütün bu vədlərin yalan olduğunu  açıq şəkildə  büruzə verdi.

Ermənistanın baş nazirninin siyasi təxribat xarakterli bəyanatları, tez-tez  işğal altındakı ərazilərə gedərək, orada məsuliyyətsiz  çıxışlar etməsi  “Qarabağ Azərbaycandır” – deməsi regiondakı vəziyyəti daha da gərginləşdirib. Tovuzda törədilən 12- 16 iyul  hadisələri  Nikol Paşinyanın iç üzünü tamamilə ortaya qoydu. Bir daha məlum oldu ki, o, şovinist, qəddar, faşizm idelogiyasının qatı tərfdarı, sülhdən tamamilə uzaq bir adamdır.  Artıq hər kəsə bəllidir , Nikol Paşinyan  nasist babasının yolunu davam etdirir.

Dövlət başçısı Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlərin danışıqlar prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdıraraq ded ki,  Paşinyan  “Qarabağ Ermənistandır” -  deməklə nəinki bu yalanı bütün dünyaya yaydı, eyni zamanda, danışıqlar prosesinə ciddi zərbə vurdu.

Nikol Paşinyanın  “Qarabağ Ermənistandır” – sərsəm  fikrini dünya ictimaiyyəti də  rədd edir.  Onun siyasi təxribatları uzun müddət davam edə bilməz. Paşinyan Azərbaycan Ordusunun gücünə bəllədir. 2016- cı ilin Aprel döyüşləri və 12- 16 iyul Tovuz hadisələri də təsdiqləyir ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi  hər an azad etməyə qadirdir. Biz bunun şahidi olacağıq.

Vüqar ƏLİYEV,
Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi

21 Sentyabr 2020 16:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə