Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamanların ABŞ-da prezident seçkisi öncəgörümü

“Amerikalılar bir-birləri ilə qarşıdakı 4 il ərzində Ağ evin “Oval kabinetində kimin əyləşəcəyi ilə bağlı mübahisə edirlər. Üstəlik, bir sıra bukmeyker kontorları namizədlərdən birinin qələbəsi üçün mərcləri qəbul edirlər”.

Bu bərədə Rusiya mediasına istinadən yayılan  xəbərdə daha sonra bildirilir ki, bəziləri ABŞ-ın gələcək prezidentinin adını təxmin etməyə cəhd edirkən, digərləri bunu ən qeyri-adi  yollarla anlamağa çalışırlar. Məsələn, müxtəlif rituallar həyata keçirirlər. Amerikalı şamanlar da belə ediblər. Əsas qurbangahdakı 4 ünsürdən (torpaq, od, su və hava) istifadə edərək onlar bir ayin icra ediblər. Gələcək prezidentin adını “görmək” üçün şamanlar müqəddəs San-Pedro bitkisindən istifadə ediblər. Şamanların  gəldiyi “nəticəyə” görə, qarşıdakı seçkilərdə Donald Tramp qalib gələcək.

Xatırladaq ki, ABŞ-da prezidentliyə namizədlər hazırkı lider Donald Tramp (Respublikaçılar Partiyası) və Con Baydendir (Demokratik Partiya).

R.TAHİR,
“Xalq qəzeti”

21 Sentyabr 2020 12:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə