Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TRASEKA-nın Azərbaycan hissəsində 24,4 milyon ton yük daşınıb

Cari ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24,4 milyon ton, yük dövriyyəsi isə 5 milyard 550,1 milyon ton/kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 13 milyon 956,8 min tonu və ya 57 faizi avtomobil nəqliyyatı, 7,5 milyon tonu və ya 30,8 faizi dəmir yolu nəqliyyatı, 2,9 milyon tonu və ya 12,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,2 faizini və ya 4 milyon 955,6 min tonunu tranzit yüklər təşkil edib.

V.BAYRAMOV,

“Xalq qəzeti”

20 Sentyabr 2020 18:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə