Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP layihəsi üzrə işlərin təqribən 98 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 97,9 faizi yekunlaşıb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP boru kəmərinin tikintisi mərhələsini başa çatdırmağa yaxınlaşır. Kommersiya istismarına başlamağa hazırlıq, sınaq və istismaravermə mərhələsi çərçivəsində boru kəmərinin Yunanıstan-Türkiyə sərhədindən Albaniyanın Fier şəhərindəki kompressor stansiyasına qədər olan hissəsi təbii qazla doldurulub.

Qeyd edək ki, boru kəmərində son qaynaq yekunlaşıb. Bu da o deməkdir ki, TANAP boru kəmərinə qoşulan hissədən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşib. Bu, Cənub Qaz Dəhlizinin açılması istiqamətində daha bir mərhələdir.

İyunda TAP-ın Adriatik dənizindən keçən 105 kilometrlik hissəsinin inşası müvəffəqiyyətlə tamamlanıb. Bu mərhələ “Saipem” şirkətinin “Castoro Sei” sualtı borudüzən gəmisi tərəfindən 36 düymlük boruların dənizdə quraşdırılması, Albaniya sularındakı qurudakı infrastrukturla dəniz üstü bağlantının qurulması, həmçinin xəttin təhlükəsizliyi və əməliyyat üçün hazır olmasını təmin etmək üçün hidrosınaqları əhatə edib. İtaliya və Albaniya sahillərini birləşdirən fəaliyyətlər bu il yanvarın ortalarında boruların “Castoro Sei” gəmisi ilə qaynaqlanması və sınaqdan keçirildikdən sonra İtaliya sahillərindən Albaniyaya doğru Adriatik dənizinin dibinə yerləşdirilməsi ilə başlayıb. COVID-19 pandemiyası nəzərə alınaraq TAP və onun podratçısı “Saipem” bütün əməkdaşların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə geniş tədbirlər həyata keçirib.

V.BAYRAMOV,

“Xalq qəzeti”

 

20 Sentyabr 2020 17:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə