Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard dollara yaxınlaşır

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2,89 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,91 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 10,1 faiz çoxdur. İdxalın həcmi isə 0,98 milyard dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk səkkiz ayı ilə müqayisədə 0,9 faiz artıb.

Nəticədə, 2020-ci ilin yanvar-avqust aylarında 0,93 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 21,9 faiz çoxdur.

V.BAYRAMOV,

“Xalq qəzeti”

20 Sentyabr 2020 17:00 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə