Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlar müəllimin ağzından çıxan hərfin şəklini görməlidirlər

Sinifdə müəllimin maska taxması doğru deyil. Saat ərzində maskada qalıb danışmaq çox çətindir. Hipoksik vəziyyətdə olacaqlar. Muəllim maska niyə taxmalıdır? Kimdən özünü və ya özündən kimi qoruyur? Axı onun sinifdə qarşısında olanlar uşaqlardır. Uşaqlar isə gördüyümüz kimi risk qrupu deyil, yoluxsa da çox yüngül keçirir, virus uçun munbit şəraitli məskən deyil, buna görə də digər insanlar üçün yoluxma mənbəyi olmur. -- Pediatrlar məktəblərdə müəllimlərin koronavirusdan qorunmasında maskanın effektsiz olduğunun səbəblərini belə izah edirlər.

"Müəllimin özünün yoluxması yaxud onun uşağı yoluxdurması baş verməyəcək. Ən azından xəstə olan muəllim məktəbə gəlməyəcək yaxud gələndə hərarət ölçüləcək.

Simptomsuz keçirirsə belə deməli, yenə yoluxma olmayacaq. Çünki sahibini simptomu verəcək dərəcədə xəstələndirə bilməyən virus yükü digər sağlam insan üçün təhlukə sayılmır.

Pediatrlar uşaqlarla işləyənda maska taxırlar. Çünki uşağın yanında valideyn, nənə-baba gəlir.

Müəllimin lövhə qarşısında uzaq məsafədə danışacaqsa heç maska taxmamalıdır. Qapalı məkandır deyib məsələni böyütməyə ehtiyac yoxdur.

Onsuz da muəllimlərin işi çətinləşib, üç növbə ilə dərs keçmək... Hələ bir də bunu maska ilə tələb etmək doğru deyil. Qapalı məkanda iş yerində maska taxmaq digər insanlara şamil oluna bilər. Amma yalnız uşaqlarla bir sinifdə olan müəllimə aid edilməli deyil.

Həm də maskadan doğru istifadəni nəzərə alsaq ki, iki saatdan bir dəyişməli, virus yapışar deyə çənəyə salınmamalı, üzərinə əl vurulmamalı və s. bunlara da heç kim əməl etməyəcək, Deməli, bu müəllimlərin sinifdə maska taxmaq məsələsi formallıqdan başqa bir şey deyil. Əgər virus o məktəbə daxil olubsa, maska onsuz da qorumayacaq.

Müəllimlərə bizim məsləhətimiz budur ki, onsuz da biz desək də, hər kəs bildiyini edəcək. Başqa yolunuz olmasa çox nazik materialdan, havakeçirən çit parçadan maska taxın. Nəfəsiniz açıq olsun!"

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 Sentyabr 2020 16:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə