Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün tarixdə qalacaq

“CNN Türk” yayıb ki, bu gün Türkiyədə ilk dəfə koronavirus peyvəndi vurulacaq. Bu barədə məlumatda deilir ki, vaksin öncə tibb işçilərinə vurulacaq. Çin istehsalı olan peyvəndin yaxın on gündə 1 200 --1 300 tibb işçisinə vurulması planlaşdırılır.

Bildirilib ki, 14 gün sonra çıxan nəticələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndəriləcək. Gələcəkdə xronik xəstəliyi olan 13 min nəfərin vaksinləşdirilməsi hədəflənib.

Qeyd olunub ki, Çin ilə yanaşı, Braziliya, İndoneziya, Banqladeş də daxil olmaqla bir sıra ölkədə 10 min nəfərə bu vaksindən vurulub.


Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 Sentyabr 2020 15:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə