Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tez-tez yuxu görmək nədən xəbər verir?

İnsan çox yuxu görərsə, bu yuxu pozuntusu ola bilər. Mütəxəssislər depressiyada olan insanın da çox yuxu gördüyünü bildirir. Bəs tez-tez yuxu görmək xəstəlikdirmi?

Tez-tez yuxu görmək bəzi insanlarda yuxu problemlərinə yol açır. Bu da özü ilə birlikdə digər problemlərə səbəb olur. Mütəxəssislər yuxu aralığının 90 dəqiqə olduğunu deyir. Yaş irəlilədikcə yuxu zamanı qısalır. Bu hal bəzi insanlar üçün narahatedici olsa da təbii vaxtın bir parçasıdır.

Yaşlılar daha tez oyanır

65 yaşdan çox insanlar 6-7 saat yatır. Yaşlı insanlar gecələr daha çox oyanır. Və yenidən yuxuya getməsi çətinləşir. Yuxu problemləri adətən yaşlılarda yuxusuzluq, yuxunun erkən və ya gec başlaması, yuxuda davranış pozuntuları kimi ortaya çıxır.

Depressiyandakı insanlar daha çox yuxu görür

Depressiya da yuxusuzluğun çox rast gəlindiyi tablolardan biridir. Depressiyadakı insan qarışıq və çox yuxu görür.

Gündüz yuxusu gecədən “oğurlanır “

Günlük bir saatlıq yuxu, gecə iki saatdan “oğurlanar”. Yuxusuzluq probleminiz varsa şirniyyatdan uzaq durun.

Yuxuya təsir edənlər…

Siqaret, çay və qəhvə yuxusuzluq yaradar. Alkoqol tez yuxuya getməyə səbəb olsa da, həmin şəxs erkən oyanar.

Ağır yeməklərdən uzaq durun

Yatma saatına yaxın ağır yeməkləryeməyin. Ağır fiziki idmanlar səhər saatlarında edilməlidir. Əks təqdirdə insanın yuxusu “qaçar”. Maye qəbulu da azaldılmalıdır. Yoxsa tualet ehtiyacı artdığından insan oyanar. Mütəmadi oyanma saatı da burada önəmlidir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 Sentyabr 2020 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə