Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət komitəsinin sədri rəssamlarla görüşüb

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Biləsuvar, Quba və Gəncədə, habelə qonşu Gürcüstan və qardaş Türkiyədə keçirilən "Xocalı -- Tarixin qan yaddaşı" sərgisinin bədii rəhbəri olan rəssam Ülkər Əbülfət Mədəniyyət Komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb.

Xanım rəssam indiyədək həyata keçirdiyi layihələr və yaradıcılıq planlarından bəhs edib. Ülkər Əbülfət, eyni zamanda, bildirib ki, Türkiyə Böyük Millət Məclisində 15 iyul şəhidləri ilə bağlı sərginin, Beynəlxalq Muğam Mərkəzində Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubleyi ilə bağlı rəsm sərgisinin layihə rəhbəri olub, müxtəlif sərgilərdə vətənpərvərlik və digər mövzularda keçirilən sərgilərdə uğurlu iştirakına görə onlarla "Fəxri fərman" və "Diplom"larla təltif olunub. Eləcə də, Milli Qəhrəmanlar Mübariz İbrahimov və Albert Aqarunov xatirə medalları ilə təltif edilib. Azərbaycan Milli Qvardiyasinda ulu öndər Heydər Əliyevlə bağlı keçirilən sərgidə təqdim olunan rəsm əsəri mükafatlandırılaraq, Milli Qvardiyanin fəxri otağına asılıb.

Mədəniyyət komitəsinin sədri Q. Paşayeva istedadlı rəssam Ülkər Əbulfəti bütün sənət uğurlarına görə bir daha təbrik edib, ona fəaliyyətində yeni uğurlar arzulayıb.

Eyni zamanda, yeni tədris ilinin başlanması ərəfəsində istedadlı tələbə-rəssam Məleykəxanım Kamilqızı da Mədəniyyət Komitəsində komitə sədri Qənirə Paşayeva ilə görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Hələ tələbə olmasına baxmayaraq, sənətin estetik dəyərləri ilə vətənpərvərlik hissini universal şəkildə bir arada tutmağı bacaran Məleykəxanımın gələcəyinə böyük ümidlər var.

Komitə sədri Qənirə Paşayeva gənc rəssama bir daha xoş diləklərini bildirib, yeni tədris ilində uğurlar diləyib. Onu daim biliklər əldə etməyə, yorulmaz, mübariz olmağa səsləyən Q.Paşayeva gələcəkdə Azərbaycan rəssamlıq sənətinin uğurlarını dünyada təmsil və təbliğ etməsini arzu və təmənna edib.

Mövzu seçimində, işlədiyi obrazlarda, yeni biliklərə yiyələnməkdə özünəməxsus yanaşması, gənclik enerjisi və milli xarakteri ilə seçilən Məleykəxanım, son aylar şəhidlərimizin anlamlı portretlərini işləməsi ilə diqqətə və təqdirəlayiq işlər görməkdədir.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

20 Sentyabr 2020 20:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə