Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Sentyabrın 20-də

Bakıda və Abşeron yarımadasın­da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağa­cağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 22-24° isti, Bakıda gecə 18-20°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 26-31° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-21° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15-18 metr ola­caq. Havanın temperaturu gecə 17-20°, gündüz 25-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şa­maxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 20-25° isti, dağlarda gecə 8-13°, gün­düz 14-17° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neft­çala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnoz­laşdırılır. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 25-29° isti olaca­ğı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 24-27° isti, dağlarda gecə 14-16°, gün­düz 18-21° isti olacağı ehtimalı var.

 

20 Sentyabr 2020 01:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə