Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Cari ilin sonunda Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir Mikayıl Cabbarov Almaniya Federativ Respubli­kasının Azərbaycandakı səfiri Volfqanq Maniqlə görüşüb. Nazir Azərbaycanın Avro­pa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdi­yini vurğulayıb. Qeyd edilib ki, Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupu­nun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının səmərəli fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir və bu ilin sonun­da İşçi Qrupunun növbəti icla­sının keçirilməsi əməkdaşlığın genişləndirilməsinə töhfə verə bilər.

Diqqətə çatdırılıb ki, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Sumqa­yıt Kimya Sənaye Parkında Almaniya təcrübəsindən istifadə etməklə yaradılan Peşə Təhsil Mərkəzi açılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsi önəmlidir. Alman şirkətləri Azərbaycanın əlverişli inves­tisiya və biznes mühitindən, nəqliyyat-tranzit imkanlarından yararlana bilərlər.

Görüşdə İqtisadiyyat naziri pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə məlumat verib, Azərbaycan İnvestisiya Hol­dinqinin və İqtisadi Şurasının yaradıldığını bildirib, postpan­demiya dövrü üçün iqtisadi inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Səfir V.Maniq ölkəsinin Azərbaycanla əlaqələrin inkişa­fında maraqlı olduğunu vurğu­layıb, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

İqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan və Almaniya şirkətləri arasında əlaqələrin inkişafı, menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakının davam etdirilməsi, Almaniyanın Kiçik və Orta Sahibkarlıq Federal Assosiasiyası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC

20 Sentyabr 2020 13:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2020 | 01:36
Avrozonada büdcə kəsiri artır
21 Oktyabr 2020 | 01:34
Avropada yoluxma artır
21 Oktyabr 2020 | 01:33
Virusa yoluxanların sayı artıb
21 Oktyabr 2020 | 01:33
Viza rejimi ləğv edildi
21 Oktyabr 2020 | 01:32
Nazirin bəyanatı
21 Oktyabr 2020 | 01:29
İrihəcmli sövdələşmə

Köhnə versiyamızdan xəbərləri izlə