Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

D.Tramp BMT Baş Assambleyasının toplantısına qatılmayacaq

Dünən Ağ ev administrasiyasının rəhbəri Mark Medovs bildirib ki, ölkə Prezidenti Donald Tramp gələn həftə Nyu-Yorkda öz işinə başlayacaq BMT Baş Assambleyasının toplantısına qatılmayacaq. “Amerikanın səsi”nin yaydığı xəbərdə deyilir ki, M.Medovs jurnalistlərə bu barədə açıqlama­nı cümə axşamı D.Trampın Viskonsindəki seçki kampaniyasına gedərkən “Air Force One” təyyarəsində verib.

Dünya liderləri hər il Baş Assambleya­nın toplantısına qatılır. Lakin bu il COVID-19 pandemiyası buna imkan verməyib. Bir çox dövlət başçısı virtual toplantı üçün öncədən lentə alınmış mesaj­ları göndərir. Amma Prezident D.Trampın bu tədbirə mesaj göndərəcəyi və ya iştirak edəcəyi məlum deyildi.

Yeri gəlmişkən, Prezident Tramp dün­yanın ən böyük sənaye ölkələrinin “Böyük yeddilik” (“G-7”) toplantısına ev sahibliyi etmək istədiyini desə də, böyük ehtimalla, koronavirus pandemiyası bu görüşün də həyata keçməsinə imkan verməyəcək. Ağ evin hazırkı sahibi “G-7” toplantısını no­yabr ayında, ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra təşkil etmək istədiyini bildirib.

“Amerikanın səsi”nin Birləşmiş Ştatlarla bağlı başqa bir xəbərində isə deyilir ki, böyük fəlakətlərə səbəb olan COVID-19 pandemiyası kifayət deyilmiş kimi, payız­da başlayacaq qrip mövsümü milyonlarla xəstəlik, yüz minlərlə insanın xəstəxanalara yerləşdirilməsi və on minlərlə əlavə ölüm halları ilə onsuz da gərgin olan Amerika səhiyyə sistemində böhranı daha da artıra­caq.

“Biz, həqiqətən, böyük çətinliklərlə üz-üzə qala bilərik” – deyə, Birminqham­dakı Alabama Universitetinin Yoluxucu xəstəliklər bölməsinin direktoru C. Mor­razzo jurnalistlərə bildirib. Mütəxəssislər səhiyyə işçilərinin üzərinə düşən yükün səviyyəsinin azaldılması üçün vətəndaşları kütləvi şəkildə qripə qarşı peyvənd olunma­ğa çağırırlar.

M.HACIXANLI, “Xalq qəzeti”

20 Sentyabr 2020 13:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2020 | 01:36
Avrozonada büdcə kəsiri artır
21 Oktyabr 2020 | 01:34
Avropada yoluxma artır
21 Oktyabr 2020 | 01:33
Virusa yoluxanların sayı artıb
21 Oktyabr 2020 | 01:33
Viza rejimi ləğv edildi
21 Oktyabr 2020 | 01:32
Nazirin bəyanatı
21 Oktyabr 2020 | 01:29
İrihəcmli sövdələşmə

Köhnə versiyamızdan xəbərləri izlə