Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud ÇAVUŞOĞLU: Kiprin federallaşması ideyası iflasa uğrayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan qəzetlərindən birində Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlənmiş yazının dərci ilə əlaqədar bu ölkənin Ankaradakı səfirini nazirliyə çağırıb. Bu barədə nazir Mövlud Çavuşğolu mətbuat konfransında bildirib. Məlumatı “Anadolu” verib.

Çavuşoğlu deyib ki, “təhqir və söyüş mətbuat azadlığı kimi qiymətləndirilə bilməz”.

Türkiyə diplomatiyasının başçısı Kipr nizamlaması ilə bağlı məsələyə də toxunaraq bildirib ki, Ankara federasiya haqqında danışmayacağı ilə bağlı dəfələrlə bəyan edib. Ona görə də Kiprin federallaşması ilə bağlı yeni-yeni təşəbbüslər irəli sürməyə gərək yoxdur. Belə təşəbbüslərin nəticəsi olma­yacaq: “Dayandığımız yerdən yenidən başlamaq mümkün deyil. Biz Kipr nizamlaması ilə bağlı yeni danışıqlara Kran- Montanada (İsveçrə) dayandığımız yerdən başlaya bilmərik. Danışıqlar bitib, uğursuzluğa düçar olub. Uğursuzluqla nəticələnəcəyini bildiyimiz halda yeni macəralara başlamaq ağılsızlıqdır”.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ersin Tatar da vahid Kiprin federallaşması ideyasının iflasa uğradığını bildirib. Qarşıdakı 11 oktyabr seçkilərində özünün prezidentliyə namizədliyini irəli sürmüş Tatar deyib: “Kipr münaqişəsinin federallaşma yolu ilə nizamlanması ideyası avantüradır, türk icmasının maraqları üçün riskdir. Hazırkı məsul dövrdə Kipr türklərini belə bir seçim qarşısında qoy­mağa heç kəsin haqqı yoxdur”.

BMT-nin Baş katibi Antonio Quterreşin danışıqların bərpası ilə bağlı təklifinə münasibət bildirən Tatar qeyd edib: “Kran-Montanada da sülh şansı əldən verildi. 2017-ci ilin İsveçrə danışıqlarında ŞKTC-nin Prezidenti Mustafa Akınçı birmənalı şəkildə bəyan etdi ki, Kiprin federallaşması ideyası iflasa uğradı. Kiprin yunan icması icmaların siyasi hüquq bərabərliyini qəbul etmir”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

20 Sentyabr 2020 13:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2020 | 01:36
Avrozonada büdcə kəsiri artır
21 Oktyabr 2020 | 01:34
Avropada yoluxma artır
21 Oktyabr 2020 | 01:33
Virusa yoluxanların sayı artıb
21 Oktyabr 2020 | 01:33
Viza rejimi ləğv edildi
21 Oktyabr 2020 | 01:32
Nazirin bəyanatı
21 Oktyabr 2020 | 01:29
İrihəcmli sövdələşmə

Köhnə versiyamızdan xəbərləri izlə