Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2021-ci ilin sonunadək dünya iqtisadiyyatı 7 trilyon dollar itirəcək

COVID-19 pandemiyasının yayılması səbəbindən 2021-ci ilin sonuna qədər dünya iqtisadiyyatına dəyən ümumi zərər 7 trilyon dollara çatacaq. Bu bəyanatla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının eksperti Lorans Bun çıxış edib. Bu barədə “Les Echos” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Lorans Bun bu barədə jurnalistlərə müsahibəsində deyib: “Biz 2021-ci il üçün proqnozumuzu dəyişməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan tez bərpa olunmayacaq. Biz hələ uzun müddət virusla yaşamalı olacağıq. 2021-ci ilin sonunadək dünyanın ümumi daxili məhsulu (ÜDM) 7 trilyon dollar itirəcək. Bu, çox ciddi şok­dur”.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bugünlərdə yayımladığı məruzədə koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbət məcrada inkişaf edəcəyi təqdirdə bu il dünyanın ÜDM-nin həcmində əvvəllər proqnozlaşdırıldı­ğı kimi, 6 faizlik deyil, 4,5 faizlik azalmanın olacağını vurğu­layıb. Həmçinin qeyd edilir ki, 2020-ci ildə dünyada istehsa­latın azalma göstəricisi gözləniləndən az olub. Ekspertlərin sözlərinə görə, məhdudiyyət tədbirlərinin yumşaldılması və müəssisələrin fəaliyyətinin bərpa olunmasından sonra isteh­sal həcmi tez bir zamanda artmağa başlasa da, yay ayların­da qlobal bərpa templəri bir qədər ləngiyib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

20 Sentyabr 2020 12:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2020 | 01:36
Avrozonada büdcə kəsiri artır
21 Oktyabr 2020 | 01:34
Avropada yoluxma artır
21 Oktyabr 2020 | 01:33
Virusa yoluxanların sayı artıb
21 Oktyabr 2020 | 01:33
Viza rejimi ləğv edildi
21 Oktyabr 2020 | 01:32
Nazirin bəyanatı
21 Oktyabr 2020 | 01:29
İrihəcmli sövdələşmə

Köhnə versiyamızdan xəbərləri izlə