Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlər həyəcan təbili çalır

“Nat.geo” portalının məlumatına görə, son onilliklərdə atmosferdəki metan və karbon qazının (CO2) yüksək miqdarı Arktika və şimal en dairəsindəki buz kütlələrinin qalınlığının sürətlə azalmasına səbəb olub. Beynəlxalq Alimlər Qrupu bildirirlər ki, bu amil Yer kürəsində qlobal istiləşmənin sürətlənməsinə və onun fəsadlarının düşünüldüyündən də qorxulu hala çevrilməsinə səbəb ola bilər.

Almaniya, Norveç və İsveç alimləri buzların sürətlə əriməsinə karbon qazı tullantılarının təsirini birlikdə öyrəndikdən sonra belə bir həyəcanlı nəticəyə gəliblər. Onların xəbərdarlığına görə, yaxın onilliklərdə bəşəriyyət miqyası təyin edilə bilməyən qarşısıalınmaz fəlakətlə üzləşə bilər. Bu isə son proq­nozların əvvəlkilərdən daha qorxulu olduğunu göstərir.

Alimlər siyasətçiləri karbohidrogenlərin istifadəsini minimuma endirməyə və bərpaolunan enerji mənbələrinə keçməyə çağırırlar. Onlar, həmçinin meşələri qorumaq barədə çağırışlar səsləndirir və müntəzəm olaraq yeni tinglər əkməyi məsləhət görürlər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

20 Sentyabr 2020 12:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2020 | 01:36
Avrozonada büdcə kəsiri artır
21 Oktyabr 2020 | 01:34
Avropada yoluxma artır
21 Oktyabr 2020 | 01:33
Virusa yoluxanların sayı artıb
21 Oktyabr 2020 | 01:33
Viza rejimi ləğv edildi
21 Oktyabr 2020 | 01:32
Nazirin bəyanatı
21 Oktyabr 2020 | 01:29
İrihəcmli sövdələşmə

Köhnə versiyamızdan xəbərləri izlə