Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Spekulyativ xarakterli məlumat yayanlar Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmaq istəyənlərdir

Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanının türkiyəli əlaqələndirici zabit, 1-ci dərəcəli kapitan Eren Günayın guya, HDQ-nin qərargahına buraxılmaması və xidməti avtomobilinə icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Belə məlumatlar spekulyativ xarakter daşıyır.

Bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

S.Bəkirov bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir.

AZƏRTAC

20 Sentyabr 2020 09:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə