Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DTX son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan cəfəng məlumatlara münasibət bildirib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia olunan, Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısının yayıl­masına münasibət bildirib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.

Azərbaycan ərazilərinin iş­ğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin ma­raqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yarat­mağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya–Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılma­sını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək, vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanma­mağa çağırırıq.

Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olu­nan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraq­larının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

20 Sentyabr 2020 08:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə