Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ alimləri koronavirusun neçə yoluxduğunu öyrəniblər

ABŞ alimləri müəyyən ediblər ki, koronavirus toxunma ilə deyil, əsasən, hava vasitəsilə ötürülür. Bu barədə Annals of internal medicine” jurnalında dərc edilmiş məqalədə bildilib.

Məqalədə deyilir. “Hallar (koronavirusa yoluxma-red) haqqında hesabatlarda təqdim edilmiş sübutlar, həmçinin klaster hesabatları tənəffüs yollarının ötürülməsinin üstünlük təşkil etdiyini və yoluxmuş insanlarla yaxınlığın, zəif havalandırmanın virusun ötürülmənin əsas amillərindən olduğunu göstərir”.

Qeyd edilir ki, ən çox koronavirus hissəcikləri birinci simptomların yaranmasına (meydana çıxmasına) qədər bir gün əvvəl yoluxanlarda müşahidə olunur. Sonrakı bir həftə ərzində onların sayı tədricən azalır.

Alimlər bu nəticəyə gəliblər ki, xəstəliyin erkən mərhələdə olduğu insanlar yoluxuculuq nöqteyi-nəzərindən ən təhlükəlilərdir.

R.TAHİR,
“Xalq qəzeti”

19 Sentyabr 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə