Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Otuz yaşının tamamına qədər özünü bütün dünyaya tanıtmış müsəlman – avar gənc

Sentyabrın 20-si Həbib Nurməhəmmədovun ad günüdür

Mililliyətcə  avar olan Həbib Nurməhəmmədov 1988-ci ildə Dağıstanın Tsumada rayonundakı  Sildi kəndində anadan olmuşdur. Uşaqlıqdan atası Abdulmanap Nurməhəmmədovun rəhbərliyi altında güləç məçq -təlimləri keçən Həbib sonralar - ABŞ-da yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edib.

Bildirilir ki,  2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü olub və döyüş  Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatıb.

Sonralar o,  braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya,  ABŞ-dan olan Abel Trujillo, UFC döyüşçüsü Pat "Bam-Bam" Haley,  amerikalı döyüşçü Maykl Conson, braziliyalı Edson Barbosan və digər adlı-sanlı idmançıları məğlub edərək  Konor Makkreqorla döyüşə yaxınlaşırdı.

2018-ci ilin oktyabr ayında İrlandiyalı Konor Makqreqoru təslim olmağa məcbur edərək çempion titulunu uğurla müdafiə edən bu müsəlman gənc otuz yaşı tamam olana qədər özünü bütün dünyaya tanıtmışdı.

Aypara.az

19 Sentyabr 2020 14:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə