Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir

Bu gün ölkəmizin dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi və mövqeyinin daha da möhkəmləndirilməsi özünü açıq şəkildə büruzə verir.  Dünya koronavirusun əsirinə çevrlsə də, Azərbaycanda  sosial, həmçinin iri infrastruktur layihələrin reallaşdırılması istqamətində işlər davam etdirilir, dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın  iştirakı ilə reallaşdırılan layihələrin açılış mırasimləri keçirilir. Həmin mərasimlərdə yüzlərlə ailəyə sevinc bəxş edilir. Çünki koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda şəhid ailələri, müharibə veteranları, yüzlərlə qaçqın və  məcburi köçkün ailələri yeni inşa olunmuş binalarda hər cür şəraiti olan mənzillərlə təmin olundu. Eləcə də regionlarda yaşayan bu qəbildən olan ailələrə də yeni mənzillər verilməklə onlara da hədsiz sevinc bəxş olundu.

Bu faktlar təsdiqləyir ki,  pandemiya da nəzərdə tutulan layihələrin reallaşdırılmasına mane ola bilmədi. Bunun əsas səbəbi əsası ulu öndər Heydər Əliyev tərfindən qoyulmuş siyasi kursun   möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirlməsidir.

Son illər həyata keçirilən genişmiqyası islahatlar ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldib. Çünki bu islahatlar sayəsndə  əhalinin həyat tərzi daha da yaxşılaşdırılmış, dövlət idarəçiliyi yeni mərhələyə keçmiş,  bu istiqamətdə  opeativlik və çeviklik müşahidə olunmuşdur. İslahatlar özünü bütün sahələrdə göstərir. Bu da , təbii ki, əhali tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu günlərdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibinin, demək olar ki, tamamilə yenilənməsi və  bu bəlaya qarşı ciddi mübarizə aparılması barədə  komssiyanın videoformatda  keçirilən ilk iclasında qarşıya mühüm vəzifələrin qoyulması  ölkədə aparılan islahatların mühüm tərkib hissəsidir.  İclasda da qeyd edildi ki, əsas məqsəd bu sahədə həyata keçirilən mübarizəni daha da peşəkarlaşdırmaq, səmərəliliyi artırmaqdır. Bu məqsədlə yaradılan Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olundu. Bundan başqa, komissiya yanında işçi qrupların yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi bu bəlaya qarşı ciddi mübarizə aparılacağından xəbər verir.

Məlumdur ki, korrupsiya və rüşvətxorluq ölkədə gedən uğurlu inkişaf proseslərinə  daim problem yaradır.  Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən kabusa çevrilib. Bu baxımdan, inkişafımıza mane olan  bu bəlaya qarşı mübarizə aparmaq  mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. 

Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır.  Son vaxtlar  bir sıra yüksək vəzifəli məmurların korrupsiya və rüşvətxorluq hallarına yol verdiklərinə görə  “iş başında” yaxalanmaları, altı rayonun icra hakimiyyəti başçılarının məsuliyyətə cəlb olunmaları bu sahədə qətiyyətli mübarizə aparıldığının təsdiqidir. Dövlət başçısı bu il mayın 1- də Baş Prokuror  Kamran Əliyevi vdeoformatda qəbul edərkən də korrupsiyaya  və qüşvətxoruğa qarşı ciddi mübarizə aparılması barədə qəti tapşırıqlar verdi. Ölkə Prezidenti dedi ki, digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy, özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizə  dövlət siyasətinin prioritetini təşkil edir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya, demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Ancaq bu o demək deyil ki, dövlətimiz bu bəla qarşısında aciz qalsın. Dünyanı lərzəyə salan koronavirus pandemiyasına qarşı respublikamızda aparılan düşünülmüş mübarizə bu kabusun geniş yayılmasının, ciddi zərər vurmasının qarşısını aldı. Düşünürəm ki, korrupsiya və rüşvətxorluğun da qarşısı tədricən alınacaq. Bu sahədə həyata keçirilən ciddi tədbirlər atıq öz nəticəsini göstərməkdədir.

Dövlətimizin başçısının siyasi iradəsi, qəti möqeyi bu qara kabusun qarşısının alınmasında  özünü büruzə verir. Son vaxtlar bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul edilir. Dövlət səviyyəsində həyata keçirilən bu tədbirlər səmərəsiz qalmır, müəyyən nəticələr verməkdədir. Ölkə başçısı dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərini açıq şəkildə bildirib və  hər zaman vətəndaşlara da müraciət edib ki,  onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Göründüyü kimi, bu bəlaya qarşı mübarizədə güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər müşahidə olunur. Son hadisələr, xüsusilə yüksək vəzifəli şəxslərin korrupsiya və rüşvətxorluğa görə həbs olunmaları cəmiyyətdə inamı  daha da artırıb.

Güclü siyasi iradə,  hüquq-mühafizə orqanı əməkdaşlarının, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi, məhz bütün bu amillər  məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olacaq.

Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq

19 Sentyabr 2020 11:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə