Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa Regional Mədəniyyət İdarəsi Milli Musiqi gününü qeyd etdi

Ağstafa Regional Mədəniyyət İdarəsi karantin qaydalarına riayət etməklə 18 sentyabr – Milli Musiqi gününə həsr olunmuş tədbir keçirdi. Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində baş tutan tədbirdə idarənin rayonlar üzrə nümayəndələri, uşaq musiqi məktəblərinin direktorları və pandemiya dövründə keçirilən distant dərslərdə fəallığı ilə seçilən bir qrup müəllimlər iştirak etdilər.

Tədbir iştirakçılarını yeni başlayan tədris ili, həmçinin Milli Musiqi günü münasibətilə təbriklə sözə başlayan idarə rəisi Vüqar Qədirov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın digər sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də diqqət və qayğısından söz açdı. Natiq çıxışında həmçinin, dövrün tələbinə müvafiq olaraq pandemiya müddətində geniş tərkibdə tədbirlərin keçirilməsinin məqsədəuyğun olmadığını bildirdi. Günün mahiyyəti barədə məlumat verən idarə rəisi qeyd etdi ki, bu gün dahi Üzeyir Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri dahi bəstəkarın doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.

Tədbirdə həmçinin, Nazirliyin 2020-2021-ci tərdis ili üçün nəzərdə tutulmuş təlimatı geniş müzakirə olundu. Pandemiya səbəbilə 2020-ci ilin istər sosial, istər iqtisadi cəhətdən dünya ölkələri kimi bizim ölkəmiz üçün də gərgin bir il olduğunu qeyd edən Vüqar Qədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın təyin etdiyi karantin qaydalarına riayət etməyin vacibliyi məsələlərindən danışdı. Eyni zamanda, yeni tədris ilində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, infrastrukturun yaradılması, şəffaflığın təmin olunması, Mədəniyyət Nazirliyində kadr islahatları, gənc kadrların önə çəkilməsi, gəncləşdirmə siyasəti və s. məsələlər geniş müzakirə olundu, yeni yanaşmaların tətbiq olunmasının dövlətin diqqət və qayğısının təzahürü olduğu vurğulandı.

Tədbirdə həmçinin pandemiya dövründə keçirilən distant dərslərdə fəallığı ilə seçilən müəllimlərə təşəkkür elan edildi, onların problem və təklifləri dinlənildi.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

19 Sentyabr 2020 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə