Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tofiq Yaqublunun aclıq aksiyasından tox qarına danışanlar susmalıdır

Törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilən və 4 il 3 ay müddətinə azadlıqdan məhrum olunan Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürü, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin bariz nümunələrindən biridir. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat əlavə edib ki, hər zaman olduğu kimi bu dəfə də dövlətimizin humanizm siyasətini kölgə altına atmağa, öz çirkin niyyətləri naminə bütün ali dəyərləri tapdalamağa hazır olan qüvvələr var: "Məlum olduğu kimi T.Yaqublunun həkimi Adil Qeybulla həmin qərarı humanist addım kimi qiymətləndirdi və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınadı. Əslində, Adil Qeybullanı başa düşmək çətin deyil. Çünki son günlər cərəyan edənlər radikal düşərgə ilə bağlı bir gerçəkliyi növbəti dəfə üzə çıxardı. Görünən odur ki, bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, bu prosesin uzanmağında maraqlıdırlar. Yəni onlar maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq-aydın hiss olunur. Lakin onların qaranlıq niyyəti bu dəfə də puç oldu. Bundan sonra Tofiq Yaqublunun aclıq aksiyasından tox qarına danışanlar susmalıdır. Azərbaycan cəmiyyəti isə bir daha şahidi oldu ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. T.Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar".

Deputat onu da əlavə edib ki, T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir: "Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur".

19 Sentyabr 2020 10:25 -

Köhnə versiyamızdan xəbərləri izlə